SİZİN REKLAM BURADA!
055 213 76 73


 


Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş rayonu Kəlbəcərə getmiş turistlər haqqında məlumat verib.
 
XİN-in mətbuat ‎xidmətinin rəhbəri BAKU.WS-ə bildirib ki, həmin turistlərin vətandaşlığı araşdırılacaq: 
 
"Ümumiyyətlə Azərbaycanın işğal olunmuş ərazilərinə turist kimi getmək qeyri-mümkündür. Məsələ ilə bağlı araşdılırılıb məlumat veriləcək. Həmin turistlərin vətəndaşlığı öyrənilib ölkələrinə məlumat veriləcək. Həm də ola bilsin ki, bu ermənilərin növbəti təxribatıdır”. 

Qeyd edək ki, Rusiyalı turistlər Kəlbəcər rayonuna tur təşkil ediblər. Turistlər Qarabağa motosiklətlə gediblər. Videoda isə erməni dilində "Qarabağ” adlı mahnı ifa olunub. Rusiyalı turistlər qalacaq və qidalanmağa yer axtarıblar. 

Tuncay
BAKU.WS