VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəbər verdiyimiz kimi, Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.

Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.
 
BAKU.WS sözügedən qəbul edilməz səbəblərin nə olduğunu aydınlaşdırmağa müvəffəq olub. Erməni mətbuatının yaydığı məlumata görə, neytral zonada yerləşən 5 Azərbaycan hərçisinin meyitlərinin çıxarılması üçün Azərbaycan tərəfinin Qondarma Dağlıq Qarabağ tərəfi ilə danışıqlar aparması tələb edilib. Təbii ki, Azərbaycan tərəfi Qarabağı separatçı tərəf kimi qəbul edir. Separatçılarla hər hansı danışıqlar mümkünsüzdür.  
 
Aynur Ələkbərova
BAKU.WS