SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İnteraz TV-nin fəaliyyətində problemlər yaranıb. Dünən günorta saatlarından etibarən televiziyanın yayımı dayandırılıb.

Azvision.az-ın məlumatına görə, İnteraz TV-nin əməkdaşları faktı təsdiq ediblər.

Bildirilib ki, TV-nin yayımı "Azərspace" peykində yaranmış problemlərlə əlaqədar müvəqqəti dayanıb: 

"Bu sırf texniki məsələdir. Televiziya bağlanmayıb. Sadəcə peykdə problemlər olduğu üçün fasilə yaranıb. Həll olunduqdan sonra izləyicilər yenə bizə baxa biləcəklər. Hazırda Rusiya peykindən yayımımız davam edir. Eyni zamanda internet vasitəsi ilə də bizi izləyə bilərlər”.
 
BAKU.WS