SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Ötən həftə Fransanın tanınmış "FRANCE 24” telekanalı Qarabağda baş verən son olaylarla bağlı Azərbaycan və Ermənistanın bu ölkədəki səfirlərini teledebata dəvət etdiyi barədə xəbər vermişdik.

Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov dəvəti qəbul etsə də, Ermənistan səfiri açıq şəkildə bu debatdan qaçmışdı.
Səfirlikdən Diaspora.az saytına verilən məlumata görə, bu həftə "FRANCE 24” telekanalı yenidən hər iki səfiri debata dəvət edib. Bu dəfə də Ermənistanın Fransadakı səfiri debatdan qaçıb.

Onun əvəzindən Fransadakı erməni cəmiyyətlərinin koordinatoru Franck Papazian Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyovla teledebata çıxıb.
Debatda azərbaycanlı diplomat  Franck Papazianı çıxılmaz durumu salıb. O, Ermənistanın Fransa ictimaiyyətini aldatdığını qeyd edib. Xocalı soyqırımını xatırladan azərbaycanlı diplomat Ermənistanı beynəlxalq cinayətkar adlandırıb.

Səfir Ermənistanın Azərbaycan torpaqlarının 20 fazini işğal etdiyini və bunun da nəticəsində 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün halına düşdüyünü diqqətə çatdırıb.

Qarabağda son hadisələrə toxunan diplomat Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən mülki  azərbaycanlıları atəşə tutduğunu, nəticədə xeyli sayda mülki insanın həlak olduğunu söyləyib.

Əlavə olaraq bildirib ki, Azərbaycan xalıqı öz tarixi torpaqlarını mütləq Ermənistan işğalından azad edəcək.

Səfirin arqumentli çıxışı qarşısında Fransadakı erməni cəmiyyətlərinin koordinatoru Murad Franck Papazian məğlub olub.

Qeyd edək ki, Murad Franck Papazian Fransadakı 550 minlik erməni icmasının əsas diaspor təşkilatı olan CCAF-nın (Conseil de coordination des arméniennes de France) həmsədrlərindən biridir.

Papazian 2011-2012-ci illərdə Fransanın indiki prezidenti Francua Ollandın müşaviri işləyib və Franca cəmiyyətində onun yaxın dostlarından biri kimi tanınır.
Ermənilər debatın videosunu özlərinin Nouvelles d’Arménie en Ligne saytında yerləşdiriblər və ona görə də başçıları lazımı mesajları alaraq birbaşa efirdə bütün Fransa və kənarda onu seyr edən auditoriya qarşısında bıabır olub.
 
BAKU.WS