SİZİN REKLAM BURADA!
055 213 76 73


 
ABŞ-da həbs edilən azərbaycanlı iş adamı Rza Zərrabın iranlı şəriki Babək Zəncani edamından əvvəl maraqlı etiraf edib.  

BAKU.WS Türkiyə mətbuatına istinadən məlumat verir ki, iranlı iş adamı son sözündə əldə etdiyi gəlirin yüzdə beşini Türkiyəyə rüşvət olaraq verdiyini deyib. Zəncani verdiyi rüşvətin miqdarını da açıqlayıb. İş adamı Türkiyəyə 8,5 milyard dollar dəyərində rüşvət verdiyini etiraf edib. Rza Zərrabın Türkiyədə onun əsas qolu olduğunu deyən Zəncani Zərrabın Mayamidə həbs olunmasının da bu məsələ ilə bağlı olduğunu bildirib. 

Daha sonra Zəncani 3 türk nazirinin adını çəkərək onlara da pul verdiyini deyib. Səsləndirdiyi iddialarda qeyd olunan məbləğin ümumi miqdarının 137 milyon TL təşkil etdiyi deyilir.
 
BAKU.WS