055 213 76 73
Türkiyənin Bursa şəhərində parkda qızların davası baş verib.
BAKU.WS-in məlumatına görə, parkda dava salan qızlar məktəb şagirdləri olub. Qızlardan biri digərini peşəkar idmançılara məxsus təpiklə vurub. Təpikdən sonra iki qız da ona hücum çəkərək yumruqlayıblar
Baş verənləri isə qızlardan biri mobil telefon vasitəsilə çəkib və sosial şəbəkələrdə yayıb. Videodan sonra polis baş verənləri araşdırmaq üçün hadisə iştirakçılarının axtarışlarına başlayıb. Axtarışlar nəticəsində 4 qız saxlanılıb. Saxlanılan şəxslər azyaşlı qızın köməksizliyindən istifadə edərək ona qarşı şiddət göstərmək və döyməkdə günahlandırılır.
Saxlanılan qızlar məhkəmə qarşısına çıxacaqlar.
BAKU.WS həmin hadisənin görüntülərini təqdim edir:
BAKU.WS
<