VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Heydər Əliyev Beynəlxalq Hava Limanında əməliyyat keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı gömrükçülər külli miqdarda xarici valyutanın Azərbaycan Respublikasının ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-Sankt-Peterburq aviareysilə getmək istəyən və gömrük nəzarətindən keçərkən bəyannamə təqdim etməyən Rusiya Federasiyasının vətəndaşı Şöhlət Hüseynovun hərəkətləri şübhə doğurduğuna görə üzərində şəxsi yoxlama aparılıb.

Ş.Hüseynovun üzərində şəxsi yoxlama zamanı şalvarının cibindən gömrük nəzarətinə əvvəlcədən təqdim edilməyən, elektron və kağız üzərində yazılı formada bəyan olunmayan 4000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.

Ziya Babayev

BAKU.WS