SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Azərbaycanın Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə yeni baş direktor təyin olunub.


Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Şəfa Mehmanqızının BAKU.WS-ə verdiyi məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun 17 avqust 2015-ci il tarixli əmri ilə bu vəzifəyə Rüfət İmanov təyin edilib.


Qeyd edək ki, əvvəllər Rüfət İmanov NİİM-in İnnovativ inkişaf və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Bir müddət əvvəl NİİM-in baş direktoru Elnur Abdullayev tutduğu vəzifədən azad olunaraq, nəqliyyat naziri Ziya Məmmədovun 3 avqust 2015-ci il tarixli əmri ilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib.


Ziya Səccad
BAKU.WS