VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Ötən gün vəziyyəti pisləşən Azərbaycanın Xalq artisti, kaman ustası Habil Əliyevi Mərkəzi Klinik Xəstəxanaya yerləşdiriblər.


Klinikadan BAKU.WS-ə verilən məlumata görə, sənətkarı süni nəfəs aparatına qoşublar. Hazırda sənətkarın vəziyyəti orta-ağırdır.

Sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda Habil Əliyevin səhhəti ötən günə nisbətən yaxşılaşıb.

"Çox şükür ki, Habil müəllimin səhhətində irəliləyiş var. Artıq gözlərini açıb. Əllərini tərpədib”, - deyə Şərqiyyə Əliyeva bildirib.

Xanımın sözlərinə görə, Habil Əliyevi Türkiyəyə aparmaq mümkün olmadığı üçün oradan həkim dəvət olunub: "Türkiyədən həkim saat 18:00-da gələcək. Dövlətimiz sağ olsun. Habilin müalicəsi Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir. Xəstəxananın bütün personalı Habil Əliyevə diqqət edir. Hər birinə ailəmiz adından minnətdarıq".

Xatırladaq ki, ürək çatışmazlığından əziyyət çəkən xalq artisti Habil Əliyevin səhhəti ötən gün qəfil pisləşib.


Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamança çalan kimi fəaliyyətə başlayır.
Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə,Fransa , Hindistan, Pakistan,İran , Misir, İsveçrə, Niderland, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olmuşdur.

Ziya Səccad
BAKU.WS