SİZİN REKLAM BURADA!
055 213 76 73



Lənkəranda döyülmə faktı qeydə alınıb.

BAKU.WS APA-ya istinadən bildirir ki, hadisə rayon ərazisində, qohumlar arasında baş verib.

Məlumata görə, nəvəsi tərəfindən döyülən qadın, yeznəsi olan rayon sakini, 1963-cü il təvəllüdlü Nürəddin Allahverdi oğlu Xasızadəni köməyə çağırıb. Qohumunu sakitləşdirməyə çalışan N. Xasızadə də döyülüb.

Sifət nahiyəsindən xəsarət alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS