SİZİN REKLAM BURADA!
055 213 76 73



Bərdə rayonunda təkər təmiri ilə məşğul olan usta bədbəxt hadisə nəticəsində ölüb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sənaye küçəsində yerləşən təkər təmiri sexində baş verib.

Sexdə təmir olunan avtomobilin təkəri partlayıb. Nəticədə 38 yaşlı usta Məmmədov Elnur İslam oğlu ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda araşdırma aparılır.

BAKU.WS