VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisə hadisə Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Vətəndaşlar ərazidən təxliyə ediliblər. Yanğın söndürülüb.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, hadisə nəticəsində binanın bloklarına tüstü dolub. Bir neçə evə ciddi ziyan dəyib.

Yanğın “Qaraxan” MTK-ya məxsus binada qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCAD
BAKU.WS