055 213 76 73
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı Cəzaçəkmə Müəssisəsində (CM) icra olunub.
“Report”un məlumatına görə, CM-də keçirilən tədbirdə Ombudsman Elmira Süleymanova, CM rəhbərliyi və başqaları çıxış ediblər.
Cəzaçəkmə müəssisəsindən 8 qadın azadlığa buraxılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncam 634 nəfərə şamil ediləcək.
BAKU.WS