VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Yusif Səfərov küçəsində Heydər Əliyev prospektinin keçid hissəsindən "Excelsior" otelə tərəf keçən 1986-cı il təvəllüdlü Babayeva Təsmurə Mirvəzir qızını minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Qeyd edək ki, hadisədən bir gün əvvəl T.Babayevanın nişan mərasimi keçirilib. Fakt Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

BAKU.WS