SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "Bizimləsən" verilişində şok hadisə barədə danışılıb. 

BAKU.WS-in məlumatına görə, adı açıqlanmayan xanım efirdə başına gələn hadisədən söhbət açıb. Onun sözlərinə görə, səhər saat 6-da bazara gedəndə tanımadığı şəxsin hücumuna məruz qalıb:

"Qarabağ küçəsində, yolun başında taksidən düşdüm. Piyada bazara gedirdim. Bir nəfər mənə yaxınlaşdı və tanış olmaq istədiyini söylədi. Dedim qurban olum çıx get. Dedi ki, köməklik edib səni bazara aparacam. Orada onunla "spor"laşdım və məni qolumdan tutub dartmağa başladı. Mən bunu itələyib qaçdım. Bazara tərəf gedirdim bir maşın saxladı. Gördüm bu oğlan maşından düşdü qaça-qaça üstümə gəldi. Qolumdan tutdu yıxdı yerə və sürüyə-sürüyə yuxarıya tərəf qaldırırdı".

Qadın bildirib ki, rəsmi olaraq polisə müraciət olunub və tibbi-ekspertizanın rəyi də var.

BAKU.WS