SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün saat 11 radələrində Sumqayıtda dəhşətli qətl hadisəsi baş verib.


Sumqayıt şəhər prokurorunun böyük köməkçisi Pərviz Əliyevin BAKU.WS-ə verdiyi məlumata görə, 9-cu mikrorayon, bina 69, mənzil 29 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Səmayə Firudin qızı Nəcəfovanın xüsusi amansızlıqla qətlə yetirilmiş cəsədi aşkarlanıb. Meyitin üzərində çoxsaylı bıçaq zərbələri olub.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qadının qətlində şübhəli bilinən Oğuz rayon sakini 21 yaşlı Şərgiyyə Ramazanova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda baş vermiş cinayət araşdırılır.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində bildirilir ki, Şərgiyyə Ramazanova qətlə yetirilən Səmayə Nəcəfovanın evində kirayədə qalırmış. Elə məhz qızın ev sahibəsi ilə kirayə pulu üstündə mübahisə etdikləri deyilir. Şərgiyyə Ramazanova Sumqayıt Dövlət Universitetinin 4-cü kurs tələbəsidir.

Ziya Səccad
BAKU.WS