» » İntihar edən şagirdin vida məktubu - "Özünə yeni həyat qur..." - FOTO


14-05-2018 | 20:29

  • 21 877

İntihar edən şagirdin vida məktubu - "Özünə yeni həyat qur..." - FOTO


Dünən qəbul imtahanından sonra intihar edən 2001-ci il təvəllüdlü Pənah Quliyev evin tək uşağı olub.

BAKU.WS qafqazinfo-ya istinadən verdiyi məlumata görə, mərhumun atası Mərkəz kişi aprelin 17-də qəza nəticəsində vəfat edib. İmtahan öncəsi bu hadisə də Pənaha mənfi təsir edib. P. Quliyevin ailəsi Qubadlı rayonundan məcburi köçkün düşüb. Özü də Sumqayıtda yerləşən Qubadlı Saray məktəbində təhsil alıb. 37 yaşlı anası isə həmin məktəbdə ibtidai sinif müəllimi işləyib.

Bu il yanvarın 20-də 17 yaşı tamam olan Pənah marketinq sahəsində menecer işləmək arzusunda olub. Bunu "Qafqazinfo"ya müsahibəsində Pənahın dayısı Nurlan Bayramov deyib.

O bildirib ki, bacısı oğlunu imtahana özü aparıb:

"İmtahandan əvvəl də onunla danışmışdıq, mən özüm də birinci dəfə imtahandan kəsildiyimi, sonra kollecə daxil olduğumu və ailə qurandan sonra tam ali təhsil aldığımı ona demişdim. Pənah imtahandan çıxanda özü dedi ki, "yaxşı yazmışam, inşallah, qəbul olaram". Sonra birlikdə evə gəldik, müəllimləri testi yoxladı, təxminən 200-210 bal toplamışdı. Amma onun istədiyi fakültəyə bal 400-dən yuxarı olmalıdı. Biz də dedik eybi yox, gələn dəfə girərsən. Özü də gülüb dedi "əşşi girməmişəm, girməmişəm də". Amma ola bilər həm atasına görə, həm öz istədiyi fakültəyə düşmədiyi üçün stress keçirib".

N. Bayramov bildirib ki, hadisə gecə saat 12-nin yarısında baş verib: "Evdə anası yatmış olub, özü də intihar etmədən əvvəl anasına məktub yazıb. Orada "Evlərin hamısını anama verirəm, əgər qalsa. Özünə yeni həyat qur, mənə görə də özünə heç nə etmə. Eləsən, haqqımı halal eləmirəm", - yazıb. Pənah çox özünə qapalı uşaq idi, evdə heç nə danışmazdı. Məktəbdə kiminləsə mübahisə edəndə biz 2-3 ay sonra başqa yerdən eşidirdik".

Dayısı deyib ki, P. Quliyev intihar edəndən sonra bir neçə saat sağ qalıb: "Əvvəlcə Sumqayıt xəstəxanasında ilkin tibbi yardım göstərildi. Ora aparanda təcili yardım maşınında Pənah ayıq idi, soruşdum ki, niyə belə etdin. Cavab vermədi, heç nə demədi. O xəstəxanada bizə dedilər ki, vəziyyəti ağırdır, Bakıya aparın. "Semaşko"ya apardıq, xəstəxananın həyətində həkimlər dedi təzyiqi sıfıra düşdü, heç xəstəxanaya çata bilmədik. Maşında vəfat etdi".

N.Bayramov əlavə edib ki, P.Quliyevə qarşı hər hansı ailə təzyiqi və ya danlama olmayıb.

BAKU.WS







Top XəbərlərЛучшее на сайте
Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Mərkəzi Bank 500 manatlıqlarla bağlı məsələyə aydınlıq gətirdi Sosial Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Bakıda ŞOK HADİSƏ - avtobusda qadına qarşı nalayiq hərəkət, silah çıxardı Hadisə Zöhrə Abdullayevanın oğlu vəfat etdi Zöhrə Abdullayevanın oğlu vəfat etdi Hadisə Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Kosmetoloq Elnarə Rzayevanın daha bir qurbanı – DƏHŞƏTLİ FOTOLAR Hadisə Bakıda qadına küçənin ortasında təcavüz etdi: Bakıda qadına küçənin ortasında təcavüz etdi: "Qolumdan tutdu yıxdı yerə və..." (VİDEO) Hadisə / Video Azərbaycanda yeni pul vahidi – 200 manatlıq Azərbaycanda yeni pul vahidi – 200 manatlıq İqtisadiyyat "Bakı gözəli 2018" yarışmasında saçyoldu - VİDEO Şou-biznes Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb Bakıda böyük söküntü olacaq! Artıq binalara rəsmi xəbərdarlıq bildirişləri yapışdırılıb İqtisadiyyat / Sosial Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Azərbaycan Bakıda avtobusun altında qalan avstriyalı idmançıya 500 min avro ödədi Hadisə Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Oğlunu itirən Zöhrə Abdullayeva fəryad etdi: Ölürəm... Hadisə Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Bakıda avtomobil yüksək sürətlə hərəkət edərək belə aşdı - VİDEO Hadisə Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Baş nazirdən yeni qərar: Tikinti qaydaları dəyişdi Əsas Xəbər / Sosial Bakıda ŞOK OLAY: Biznesmen, Bakıda ŞOK OLAY: Biznesmen, "bomj" atasının dalınca morqa son model “Audi”də gəldi Əsas Xəbər / Hadisə / Sosial Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - Xəzərdə tapılan meyitlərlə bağlı şok təfərrüatlar - "Qayığa bağlıydılar" (VİDEO) Hadisə / Video 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO 17 yaşında evləndi, əri əsgər getdi, qayını... - Əfv olunan qadının QANDONDURAN HEKAYƏSİ - FOTO Əsas Xəbər / Həyat tərzi Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Efirdə ŞOK GÖRÜNTÜLƏR: Tanınmış kosmetoloq qadınlarla əlbəyaxa dava etdi (VİDEO) Hadisə / Video Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Aygün Bəylərin bacısı sənətə gəldi: Zümrüd Hümbətovadan möhtəşəm ifa - VİDEO Şou-biznes Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Rəsmi Moskvadan Bakını qəzəbləndirən addım Əsas Xəbər / Qarabağ / Siyasət Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Azərbaycanlı model Dağüstü parkda alt paltarında - FOTO Həyat tərzi Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Mərkəzi Bank 100 və 50 manatlıq qəpikləri (FOTO) Əsas Xəbər / İqtisadiyyat
Son əlavəПоследние публикации
Müəllimlərin maaşları artırılacaq
26 may 2018

Müəllimlərin maaşları artırılacaq

1 096 Əsas Xəbər / Sosial