SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda silahlı şəxslər evə basqın edib.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb etmiş, istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döymüş, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Sabunçu RPİ 42-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıblar.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

BAKU.WS