SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Sirdaş Rövşanə” proqramına bu dəfə əri tərəfindən zorakılığa məruz qalmış qadın müraciət edib.

Gülər adlı şikayətçi 16 il qeyri-rəsmi nikahda olduğu ərinin içki düşgünü olduğu və artıq dözülməz şəraitdə yaşadığını bildirib:

“Atam və qardaşlarım rəhmətə gedib. 3 övladım var. Yoldaşım içki düşgünüdür. Evdə, küçədə, kafedə içir doymur. Bıçağı, baltanı götürür uşaqları qorxudur. Kiçik qızımı qaldırıb çırpdı yerə. Bacısı da elə bildi ki, ölüb, polisə şikayət elədi. Uşaq indi ağrıyır. Məni aldadıb qaçırmışdı”.

BAKU.WS