SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Denizli şəhərində azərbaycanlı qadını döyərək öldürən şəxs saxlanılıb.

BAKU.WS-in məlumatına görə, 33 yaşındakı Türkay İsayeva adlı qadının evində ölü tapılmasından sonra axtarılan cinayətkar Mertkan Öztürk (28 yaş) ələ keçib.

Saxlanılan şəxs İseyevanın nərdivandan düşərək öldüyünü irəli sürüb. Mertkan Öztürk məhkəməyə çıxarılaraq ittiham olunub və məhkəmənin qərarı ilə həbs olunub.

Polis sakinlərin ifadələrinə müraciət edərək təhlükəsizlik kamerası görüntülərini araşdırıb. Sakinlərinin sözlərinə görə, Mertkan Türkay İseyevanı bir neçə dəfə döyüb. Amma qadın heç bir halda polisə şikayət etməyib.  

Qeyd edək ki, dünyasını dəyişən Türkay İsayevanın 7 yaşlı bir oğlan və bir yaşına çatmamış qız uşağı var.

Abbas
BAKU.WS