SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Krasnoyarsk rayonunda əlində bıçaq olan şəxs mağazada satıcı işləyən 28 yaşlı qadına təcavüz etmək istəyib.

BAKU.WS Milli.Az-a istinadla xəbər verir ki, mağazada qadının tək olduğunu görən kişi onun üzərinə hücum edib, bıçaqla hədələyib və qadını zorlamağa çalışıb.

Qadın təcavüzdən son anda xilas olub. Belə ki, yoldan keçənlərdən biri səsləri eşidib və təcavüzkarı döyüb. O, döydüyü kişinin əl-qolunu dostunun köməkliyi ilə bağlayıb, sonra da polis çağırıb.

Həmin anlar mağazanın təhlükəsizlik kamerasına düşüb.

Qadın ifadəsində bildirib ki, kişiyə onu buraxması üçün xeyli pul təklif etsə də, o, bundan imtina edib.