SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda evə maskalı şəxslər tərəfindən basqın edilib. 

BAKU.WS "Report"a istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, martın 15-də Sabunçu rayonunun 2-ci Zabrat qəsəbəsi ərazisində yaşayan Afət Əzizovanın evinə girmiş 2 maskalı şəxs onun və qızı Firuzənin qol və ağızını yapışqanlı lentlə bağlayıb bıçaqla hədələyərək oradan 1700 manat pul aparıb.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar Ramin Ağayev və Ceyhun Adıgözəlov saxlanılıblar.
Faktla bağlı araşdırmalar davam etdirilir.

BAKU.WS