SİZİN REKLAM BURADA!
055 213 76 73



Daşkəsən şəhərinin Heydər Əliyev meydanında minlərlə rayon sakinin və əsgərlərin iştirakı ilə Novruz bayramı tədbiri keçirilib.

BAKU.WS xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Bahar qızı və Dədə Qorqudun müşayiəti ilə əvvəlcə bayram tonqalını yandırıb.

Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbrik nitqi söyləyib. Daha sonra Əhəd Abıyevin adəti üzrə boks əlcəklərini geyinərək rinqə çıxdığı bildirilir. 

Tədbir bayram konserti ilə davam edib. Daşkəsənin incəsənət nümayəndələri rəngarəng bayram proqramlarını nümayiş etdiriblər. Əsgərlərlə görüşə gələn rayonun ictimaiyyət nümayəndələri onlarla rəqs edib, şənləniblər.

BAKU.WS