VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Xəbər verdiyimiz kimi, bu gün Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunmuş VI Qlobal Bakı Forumunun "Regional təhlükəsizlik, regional sülh: Orta Şərq” adlı panelində türkiyəli deputat Ekmeleddin İhsanoğlu infarkt keçirib.

MHP-li deputat, İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi paneldə çıxışı zamanıözünü pis hiss etdiyini deyərək çıxışını dayandırmalı olub.

O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Mərkəzi Klinikanın kardioloqu, dosent Firdovsi İbrahimov deyib ki, E. İhsanoğlu bu gün infarkt keçirib:

"İhsanoğlu şəkər xəstəsidir. Əvvəl də ürəyində işemiyası, xırda problemləri olub, ancaq ciddiyə almayıb. Bu gün isə infarkt keçirib. Anında müdaxilə etdik, damar 100 faiz tıxanmışdı. Damarı açdıq, stent qoyduq. İndi qaydaya uyğun olaraq reanimasiyadadır, durumu isə stabildir. Müalicəsi davam etdirilir. Ən az 36 saat reanimasiyada qalacaq”.

Qeyd edək ki, "Anadolu” agentliyi deputatın forumda infarkt keçirdiyi anın görüntülərini yayıb.

BAKU.WS