SİZİN REKLAM BURADA!
055 213 76 73



Gürcüstanın Qudauri dağ-xizək kurortunda, kanat yolunda dəhşətli qəza baş verib.

BAKU.WS “Rustavi2” kanalına istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər xəsarət alıb.

Yaralananlar dərhal xəstəxanaya yerləşdirilib. Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.

Qəzaya səbəb kanata verilən elektrik enerjisinin təchizatında yaranan gərginliyinin azalması olub. Nəticədə isə kanat yolu əks istiqamətdə hərəkət etməyə başlayıb. 

Qəzanın anbaan lentə alınan görüntülərini sizə təqdim edirik :

Rəşad Əliyev
BAKU.WS