SİZİN REKLAM BURADA!
055 213 76 73



Fövqəladə Hallar Nazirliyi oğlu "Alov" restoranının havalandırma sisteminin borusuna düşən şəxslə bağlı məlumat yayıb.

BAKU.WS FHN-in saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda 1988-ci il təvəllüdlü Mehrəliyev Asif Çingiz oğlu "Alov" restoranının havalandırma sisteminin borusunda köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı borudan çıxarmış və adiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, zərərçəkən xilasetmə zamanı açıqlamasında onu öldürmək məqsədi ilə gecədən ora atdıqlarını qeyd edib.

BAKU.WS