SİZİN REKLAM BURADA!
055 213 76 73



Fevralın 15-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Sumqayıtda “Beton zavod” adlanan ərazidə bir mərminin tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan BAKU.WS-ə bildiriblər ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri ərazidə fərdi yaşayış evinin qarşısına baxış keçiriblər. Təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində beş top mərmisi aşkar olunub. Həmin sursat götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərmilərin tapıldığı yerin ətrafında 150 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.

Agentlik tərəfindən yanvarın 1–dən fevralın 15-dək, ümumilikdə, 584 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib, 22 min 415 kvadratmetr ərazi yoxlanılıb.

BAKU.WS