SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Adana şəhərində "Sevgililər günü"ndə maraqlı hadisə baş verib. 

BAKU.WS-in məlumatına görə, 30 yaşındakı şəxs qızın boğazını sıxaraq dava edib. Küçənin ortasında sevdiyi xanımı döyən gənc ətrafdan keçənlərin diqqətini çəkib.

Yoldan keçənlər davaya müdaxilə etmək istəyib. Ancaq gənc oğlan qızla nişanlı olduğunu və problem olmadığını bildirib. Gənc qızı divara sıxışdıran oğlan onu boğmağa çalışıb. Gənc qız isə uzun müddət qəzəbli sevgilisindən xilas olmağa çalışıb. 

Nişanlısı olduğunu iddia edən qızdan ayrılmaq istəməyən şəxsi polis saxlayıb. Hadisə yerinə gələn polis əməkdaşları gənc qızı oğlanın əlindən xilas edib. Sevgililərin bir-birini şikayət etməməsindən sonra polis hadisə yerindən uzaqlaşıb. 

Hadisənin görüntülərini təqdim edirik: 

Nazim
BAKU.WS