VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Türkiyə ordusunun həyata keçirdiyi “Zeytun budağı” əməliyyatının 15-ci günündə şəhid olan hərbçinin anasına telefonda dediyi sözlər gözləri yaşardır.

BAKU.WS-in məlumatına görə, şəhid Fevzi Gürsü döyüşə getməzdən əvvəl anası ilə telefonda danışıb.

Şəhidin anası Fevziye Gürsü oğlunun ona dediyi sözləri KİV-lə bölüşüb.

“Sevgilisi ilə üzük taxmışdılar, toyları olacaqdı. Mənə dedi ki, may ayında gələcəm, toy edəcəyik və toyumuzda çox adam olacaq. Amma o çox adam oğlumun dəfn mərasimində oldu. Telefonda atəş səsləri eşitdim. Soruşdum ki, bu nə səsdir, oğlum? Dedi ki, hədəf kimi vedrə qoymuşuq, ona atəş açırıq. Amma oğlum mən narahat olmayım deyə yalan danışırdı, döyüşün qızğın yerində imiş. Əsgər yoldaşları oğlumun intiqamını alsınlar. Dualarımız onlarladır. Zəfər bizim olacaq”, - deyə şəhid anası bildirib.

BAKU.WS