SİZİN REKLAM BURADA!
055 213 76 73



Yanvarın 27-i axşam saat 19:30 radələrində Oğuz rayonu Calut kənd sakini 1993-cü il təvəllüdlü Xəyalə Həbiz qızı İsmayılova qarnının ön səthinin kəsilmiş-cırılmış yarası ilə Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, müayinə zamanı iki uşaq anası olan Xəyalə İsmayılovanın ailə münaqişəsi zəminində bıçaqla özünə xəsarət yetirməsi məlum olub.

X. İsmayılovanın xəsarəti yüngül olduğundan ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS