VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Avqustun 8-də futbolçunun qohumları tərəfindən amansızcasına döyülən, bir gün sonra müalicə olunduğu xəstəxanada ölən jurnalist Rasim Əliyevin barəsində yazıların mediada işıqlandırılmasından sonra onu müalicə edən həkim Saday Əliyev barədə də şikayətlər çoxalıb.

Redaksiyamıza şikayət məktubu göndərən Natiq Abdullayev adlı şəxs yazır:

"Bu gün internetdə "Həkim Saday Əliyev jurnalist Rasim Əliyevin ölməsində günahkardır" başlıqlı xəbərə rast gəlincə şok keçirdim. Düşünürəm, bu yazı çoxları üçün gecikməmiş xəbərdarlıq olacaq. 
2014-cü ilin aprel ayının 1-də Semaşko kimi tanınan 1 nömrəli xəstəxanada atama mədə-bağırsaq keçməzliyi diaqnozu qoyuldu. Bu diaqnozdan sonra atamı Saday Əliyev əməliyyat etməli idi. Gecə saat 1 idi. Əməliyyat başlamazdan bir saat əvvəl Saday Əliyev mənə bildirdi ki, Bakı-Moskva qatarı ilə gələcək bir nəfərdən çamadan götürmək üçün getməlidir. Gedib çamadanı götürüb tez qayıdacaq.

Mən və qardaşım həkimə yalvar-yaxar etdik ki, atamı sən əməliyyat et, kimdən nə götürmək lazımdırsa, biz gedib götürərik. Beləcə, razılığa gəldik. Saday Əliyev rusdilli qadının mobil telefon nömrəsini bizə verdi. Gecə saat 1-də xəstəxanadan qardaşımla birgə çıxıb Bakı dəmiryol vağzalına getdik. 4 saat qatarın gəlməsini gözlədik. Səhər saat 5-ə qalmış qatar stansiyaya yaxınlaşdı. Halbuki həkim Saday Əliyev tez gedib-gələcəyini bildirmişdi. Əməliyyat olunacaq xəstəni qoyub qaçmaq istəyən həkimdən nə desən, gözləmək olar! Vaqonda qadına yaxınlaşdıq. Qadın bizə "Moskvadan göndərilən referatlar olan" çamadan üçün gəlmisiniz? Biz həkim üçün göndərilmiş sənədlərlə dolu bir çamadan götürdük. Bu çamadanın içində olan sənədlər ona o qədər vacib idi ki, əməliyyat öncəsi xəstəni qoyub qaçmağa belə razı idi. Görünür, oğurluq referat sənədlər ilə professor və s. ad almaq üçün bu "həkim" olmayan şərəfini belə qurban verməyə hazır idi. Çamadanı götürən kimi həkimə zəng edib çamadanı götürdüyümüzü bildirdik və atamızın əməliyyatının necə keçdiyini söylədik.

Saday Əliyev "əməliyyat çox uğurla keçdi, 1 günə reanimasiyadan palataya köçürüləcək" deyib bizi arxayınlaşdırdı. Əməliyyatın sabahısı günü bizə külli miqdarda dərman ləvazimatları aldırdılar. Təsəvvür edin, alınan dərman ləvazimatlarının sayı o qədər çox idi ki, zorla daşıyırdıq xəstəxanaya. Bir gün sonra zəng edib atamızın vəziyyətini öyrənmək istədikdə "vəziyyəti ağırdır" dedilər. Təcili xəstəxanaya gəldik. Bizi  reanimasiyaya qaldırdılar. Bizə qapının arxasında olan üstüörtülü bir cənazə göstərdilər. Bundan sonra bu cənazənin atamız olduğunu anladıq. Həkim Saday Əliyevdən atamız nədən dünyasını dəyişdi söylədikdə Rasim Əliyevin ailəsinə deyilən şablon sözlər eynisi ilə bizə deyildi. Saday Əliyev dedi ki, guya ağciyərindən öldü. Ağzından dayanmadan qan gəldi, dayandıra bilmədik. Həkimin dedikləri cəfəngiyyatdan başqa bir şey deyil. 

Bunu ona görə yazıram ki, Saday Əliyevin iştirakı ilə olan əməliyyatların çoxusu ölümlə nəticələnir. Ora girən sağ çıxmır. Günahkar həkim cəzalandırılmalıdır".
 
Mənbə: Musavat.com
BAKU.WS