VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Ötən gün Bakı bulvarında özünü dənizə ataraq intihar edən 21 yaşlı gənc Facebook səhifəsində paylaşdığı şeiri ilə harada intihar edəcəyinə eyham vurub.

BAKU.WS-in məlumatına görə, Məlik Cahan ləqəbi ilə şeirlər yazan Məlik Cahangirov social şəbəkədə dəniz fotosunu paylaşıb və bura ölümlə bağlı şeirini əlavə edib.

18 saat əvvəl paylaşılan şeirdə gənc şair yazır ki,Qorxunun əcələ faydası yoxdur və ölüm son deyil,başlanğıcdır,

Bundan başqa, Məlik Cahan yanvarın 6-da sosial şəbəkədə paylaşdığı statusla da intihar edəcəyinə eyham vurub.

O, Facebook-da “52 saat 2 dəqiqə...”, yazmaqla nə vaxt intihar edəcəyini bildirib.

Məlik Cahan dünən axşam saatlarında bulvarda “Yaxt Klub”a yaxın ərazidə özünü dənizə ataraq intihar edib.

Onun Lerik rayon sakini Məlik Cahangirov olduğu bildirilir. Məlik intihar etməzdən əvvəl şəxsiyyət vəsiqəsini və tələbə biletini sahildə qoyub.

BAKU.WS