SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisində, Lökbatan-Xocasən yolunda “VAZ 2107” markalı minik avtomobili “İsuzu” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilini idarə edən 31 yaşlı kişi vəfat edib.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS