SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakının Binəqədi rayonu ərazisində bir nəfər intihara cəhd edib. 

Hadisə şahidlərinin BAKU.WS-ə verdiyi məlumata görə, orta yaşlı kişi uşaqlarının əlindən alındığına etiraz etmək məqsədi ilə bu addımı atıb. 

Biləcəri yolunda, məcburi köçkünlərin yerləşdiyi köhnə binanın damına çıxan şəxs intihara cəhd edib. Qaynanası tərəfindən uşaqlarının alındığını deyən kişi özünü öldürəcəyini bildirib. 

Ancaq sonradan onu fikrindən yayındırmaq mümkün olub və həmin şəxs xilas edilib. 

Hadisənin görüntüsünü təqdim edirik:

Перейдя по ссылке вы можете ознакомиться со статьей на русском языке

Şahin
BAKU.WS