SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncədə qətl hadisəsi baş verib.

BAKU.WS DİN-in saytına istinadən bildirir ki, dekabrın 8-də saat 2 radələrində Gəncədə şəhər sakini Vicay Cəmşidzadə qarın nahiyəsindən bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində qətli törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Hüseyn Süleymanlı könüllü olaraq Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinə gələrək istintaqa təslim olub.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS