VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sumqayıt şəhərində iki nəfərin ölümündə şübhəli bilinən sürücü tutulub.

Baş Prokurorluqdan BAKU.WS-ə verilən məlumata görə, dekabrın 5-də saat 07 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində piyada keçidində 1971-ci il təvəllüdlü Beybudov Məhəmməd Əmir oğlu idarə etdiyi “Hyundai County” markalı, 90 AD 889 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 1969-cu il təvəllüdlü Arzuyə Abdullayeva və 1988-ci il təvəllüdlü Nüşabə Rzayevanı vurub, nəticədə hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Fakta görə Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmiş, o cümlədən müvafiq ekspertizalar təyin edilib.

M.Beybudov iş üzrə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

BAKU.WS