VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Yaxın gələcəkdə “Azerspace”-2 layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Çox güman ki, gələn ilin ortalarında “Azerspace”-2 peyki orbitə yerləşdiriləcək.

BAKU.WS xəbər verir ki, bu barədə "Bakutel-2017" sərgisində şirkətin meneceri Elşad Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

Qafqaz regionunda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya sahəsində yüksək keyfiyyətli peyk xidmətləri təklif etdiyini xatırladan Əlşad Məmmədov bildirib ki, hazırda “Azərkosmos”un “Azərspace”-1 peyki 46 dərəcə şərq uzunluğu orbital mövqedə fəaliyyət göstərir: “Həmin peyk vasitəsilə biz şirkətlərin, bir çox qurumların rabitə ilə bağlı tələbatlarını yerinə yetiririk, “data” layihələri və videoyayım xidmətlərini göstəririk. Azərbaycanda yayımlanan milli kanallarımızın demək olar ki, hamısı “Azerspace”-1 peyki üzərindən yayımlanır”.

E.Məmmədov qeyd edib ki, “Azərkosmos” ASC hazırda Avropa, Mərkəzi Asiya, həmçinin Afrika regionunda müəyyən qurumlarla iş birliyi quraraq, onlara “Azerspace”-1 peyki vasitəsilə xidmət göstərir. Avropada yaşayan vətəndaşlar antenalarını müəyyən bir səmtə istiqamətləndirərək Azərbaycan kanallarına baxa bilərlər.

Yaxın gələcəkdə “Azerspace”-2 layihəsinin də həyata keçirilməsi nəzərdə tutulur. Çox güman ki, gələn ilin ortalarında “Azerspace”-2 peyki orbitə yerləşdiriləcək.

BAKU.WS