VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bərdədə 18 yaşlı qızın oğurlanması faktı ilə bağlı cinayət işi başlanıb.

BAKU.WS xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, noyabrın 10-da rayonun Şahvəllər kənd sakini, 1999-cu il təvəllüdlü Tərgül Əhmədli mağazadan qaçırılıb.

Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında dərhal araşdırmalara başlanıb.

Araşdırmalar nəticəsində T. Əhmədlinin rayon sakinləri Ayşən Arif qızı Məmmədova və Allahverdi Vahid oğlu Məmmədov tərəfindən qaçırılması müəyyən edilib.

Faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs və ya dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

BAKU.WS