VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Mingəçevir şəhərində 32 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb.

BAKU.WS "Report”a istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivi, 20-ci küçədə qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xəyalə Telman qızı Nizamzadə ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS