VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şəkidə gənc qadın rəfiqəsindən qisas almaq üçün qeyri-adi üsula əl atıb. O, evində kirayədə yaşayan oğlana əl-qolunu bağlatdırıb, üstəlik pəncərələri də sındırmasını xahiş edib. Sonra isə polisə zəng vuraraq bütün bunların rəfiqəsi tərəfindən edildiyini bildirib.

Rəfiqəsindən qisas alnmaq üçün əl-ayağını bağlatdırdı, polisə zəng edərək yalan məlumat verdi. Hadisə Şəkidə baş verib. Abdulla Şaiq küçəsi, ev 14-də yaşayan 22 yaşlı Günəş Mikayılzadə Rəfiqəsi Aydan Mustafayevadan qisas almaq üçün filimlərdəki səhnələrə bənzər plan qurub. O, evlərində kirayədə yaşayan Şəkinin Kiçik dəhnə kənd sakini Zabit Salmanovu dilə tutaraq aralarında münaqişə olan keçmiş rəfiqəsindən qisas almaq üçün ona yardım etməyi xahiş edib.

Zabit onun əl və ayaqlarını bağlayıb və plana uyğun olaraq pəncərənin şüşəsini sındırıb.

Daha sonra Günəş Mikayılzadə qardaşına qardaşı isə öz növəbsində polisə zəng edərək namaəlum şəxs tərəfindən bacısının əl-ayağının bağlandığını və ona zor tətbiq edildiyini bildirib. qardaşının isə bu plandan xəbəri olmayıb.

Araşdırma zamanı müəyyən edilib ki, Günəş Mikayılzadə polisə yalan məlumat verib. O və Zabit Salmanov saxlanılıb. Həmçinin, məlum olub ki, Günəş Mikayılzadə oktyabrın 15-də Aydan Mustafayevanın ondan 1000 manat pul və geyim əşylarını oğurlaması barədə də polisə müraciət edib. Bu şikayətin də yalan olduğu ortaya çıxıb. Hər iki faktla bağlı araşdırma aparılır.

BAKU.WS