VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov ifadəsi alınmaq üçün yenidən istintaqa çağırılıb.

BAKU.WS xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, sabiq nazir Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə bu gün ifadə verib.

O, 3 saata yaxın dindirilib.

APA-nın əməkdaşı Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsindən ifadə verib çıxarkən fotolarını çəkib.

E. Mahmudov bir neçə gün əvvəl də istintaqa ifadə verib.

BAKU.WS