SİZİN REKLAM BURADA!
055 213 76 73


Astana-Bakı reysi ilə uçan sərnişin təyyarəsi naviqasiya sistemində yaranan problem səbəbindən ünvana çata bilməyib.

BAKU.WS “Qafqazinfo”ya istinadla xəbər verir ki, Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin Mülki Aviasiya Komitəsinin məlumatına görə, təyyarə bu səbəbdən geri qayıdıb.

Məlumata görə, 90 nəfər sərnişinin olduğu avialayner saat 22:56-da ştat rejimində eniş edib.

Heyət üzvləri standart təhlükəsizlik prosedurlarına əməl ediblər.

BAKU.WS