SİZİN REKLAM BURADA!
055 213 76 73



Metronun Nərimanov stansiyasında təxminən 20-22 yaşlarında olan gənc qız özünü qatarın altına atmaq istəyib. Hadisə bu gün 19 radələrində baş verib.

BAKU.WS Yeniçağ-a istinadən xəbər verir ki, ətrafdakıların yardımı ilə qızı xilas etmək mümkün olub. Gərgin olduğu müşahidə olunan qız xilas olduqdan sonra halsız halda yerə yıxılıb.

Metro bələdçisinin çağırışı ilə hadisə yerinə gələn həkim qıza ilk tibbi yardım göstərib.

BAKU.WS