SİZİN REKLAM BURADA!
055 213 76 73



İsmayıllı rayonunda zəncirvari yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

BAKU.WS
APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllı şəhərində qeydə alınıb. Taksi sürücüsü 1993-cü il təvəllüdlü Əlislamlı Asim Elton oğlu 90-KB-263 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı kanalizasiya quyusundan suyun fontan vurması səbəbindən idarəetməni itirib və avtomobili qarşıdan gələn 99-FL-865 dövlət nömrə nişanlı “Mercedes” və 90-EE-048 dövlət nömrə nişanlı “VAZ 014” markalı minik avtomobillərinə çırpıb.

Hadisə nəticəsində Asim Əlislamlı və “VAZ 014” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Hüseynov Namiq Nəriman oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

BAKU.WS