VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda sevdiyi qızı küçədə qətlə yetirən oğlan tutulub.

BAKU.WS-in məlumatına görə, Nizami rayon Polis İdarəsindən APA-ya bildirilib ki, bu gün səhər saatlarında metronun Qara Qarayev stansiyası yaxınlığında 22 yaşlı İlahə Həsən qızı Yusubovanı bıçaqlayaraq qətlə yetirən şəxsin Salyan rayonunda anadan olan, hazırda Sabunçu rayonu Ləhiş bağlarında yaşayan Babək Əliyev olması müəyyən edilib.

B. Əliyev könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gedərək təslim olub.

Polisdən həmçinin bildirilib ki, qətlə yetirilən İ. Yusubova Maştağa qəsəbə sakinidir.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

BAKU.WS