SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda azərbaycanlı və ermənilərlə bağlı yeni sosial çarx çəkilib.

BAKU.WS-in məlumatına görə, bloger Fariz Məlikov tərəfindən hazırlanan sosial çarx sosial şəbəkələrdə marağa səbəb olub.

Belə ki, Fariz Məlikov İrəvandan Bakıya gələn erməni kimi hündürmərtəbəli binanın liftində telefonla danışır. Onun erməni dilində danışdığını görən azərbaycanlılar əsəbləşərək etirazını bildirirlər.

Bəziləri “ermənini” liftdən düşürdür, bəziləri isə elə liftdə döyməyə çalışır.

Həmin görüntləri daha ətraflı videoda izləyə bilərsiniz.

BAKU.WS