» » "Meyiti büküb otaqda gizlətmişdim, üstündə qurdlar gəzirdi..."


07-10-2017 | 17:06

  • 12 964

"Meyiti büküb otaqda gizlətmişdim, üstündə qurdlar gəzirdi..."


Valideynləri çoxdan vəfat etmişdi, atadan qalan təmirsiz, uçuq-sökük mənzildə tək-tənha yaşayırdı. Qəsəbə sakinlərinin “Saşa” kimi çağırdıqları təbiətcə sakit, üzüyola Sergey Vorobyovun “əlləri qızıldır” deyənlər çox olsa da, içkiyə qurşandığından səfil həyat tərzi sürürdü.


Bu ilin iyun ayında Saşanın mənzilindən gələn kəskin qoxu barədə polisə məlumat verilir. Polis əməkdaşları içəri girəndə gördükləri mənzərədən dəhşətə gəlirlər. Xalçaya bükülmüş meyiti qurd basmış, üfunət iyi ətrafa yayılmışdı…

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 43 yaşlı Sergey Vorobyovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib.

İttihama görə, Sergey Vorobyov bu ilin may ayının əvvəlində şəhərin mərkəzindəki barlardan birində tanış olduğu İlahə Şahbazovanı (qətlə yetirilən qadının kimliyi uzun müddət müəyyən edilməyib. İlkin məlumatda onun adının Arzu olduğu bildirilib - red.) özü ilə yaşadığı mənzilə gətirib və həmin gündən bir yerdə yaşamağa başlayıblar.

Hadisə baş verən gün İ.Şahbazova ilə birlikdə spirtli içki qəbul ediblər. İlahənin onun çox içməsinə irad tutması aralarında narazılıq yaradıb. Mübahisə zamanı İ.Şahbazova bıçaqla Sergeyə xəsarət yetirib. İlahəni cəzalandırmaq üçün onun əlindən bıçağı alaraq, qadının ürək nahiyəsindən zərbə endirib. Aldığı xəsarətdən İ.Şahbazova hadisə yerində dünyasını dəyişib.



“Onu öldürmək istəməmişəm”

Təqsirləndirilən şəxs qismində dindirilən Sergey Vorobyov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib, İlahəni öldürmək niyyəti olmadığını deyib: ”Məni iki dəfə bıçaqla vurduqda əlini burdum, bıçaq təsadüfən ona dəydi. Hadisə zamanı ikimiz də sərxoş idik. Yuliya ilə Viktor bizə gələndə spirtlə suyu qarışdırıb içmişdik”.

S.Vorobyov ifadəsində İlahə ilə paytaxtın Nizami küçəsindəki “Arlekino” barında tanış olduğunu, qadının özünü ona “Arzu” kimi təqdim etdiyini deyib: “Mənə adının Arzu olduğunu demişdi. Həmin vaxtdan evimə gəldi, bir yerdə yaşamağa başladıq. İlahə Nizimi küçəsindəki restoranlardan birində ofisiant işləyirdi. Özünün dediyinə görə, Türkmənistanda anadan olub, 13-14 yaşlarında Azərbaycana gəlib, atası ikinci dəfə ailə qurub, dogma bacı-qardaşları olmayıb. Mənə danışmışdı ki, bir oğlana qoşulub qaçıb, uşağının hazırda 15 yaşı var, əri isə iki il əvvəl rəhmətə gedib”.
 
“O mənim uşaqlıq dostumdur, hətta o vaxt bir-birimizi sevmişdik də”

Yeni “cütlüyün” xoş günlərinin ömrü uzun sürməyib. İ.Şahbazova ağlına da gətirməyib ki, bir ay öncə qədəm basdığı evdəcə öldürüləcək, qanına qəltan ediləcək. Günün çox hissəsini onsuz da sərxoş olan Sergeyin hadisə baş verən gün badə dostları təşrif buyurub. Uşaqlıq dostu Yuliya ilə tanışı Viktorun gəlişinə ev sahibi sevinsə də, qonaqlarla bu tanışlıq mənzilin yeni sakininin ürəyincə olmayıb. Yuliyanın verdiyi 20 manat pulla marketdən araq və digər ərzaq məhsulları alıb. Birlikdə yeyib-içməyə başlayıblar.

Süfrə arxasında İlahə Yuliyayla səmimi görüşdüyünə görə Sergeyə iradını bildirib. Sergey isə cavabında “bəsdir, İlahə, o mənim uşaqlıq dostumdur, hətta o vaxt bir-birimizi sevmişik də, indi bu söhbətləri eləmək lazım deyil” deməklə kifayətlənib.
 
“Huşsuz halda yerdə uzandığını gördüm”


Gecə saatlarında qonaqları yola salan ev sahibi yenidən mətbəxə keçərək içməyə davam edib. İlahənin çox içməyi ona irad tutması isə qətllə sonuclanıb:



“Bıçaqla boğazımdan vurmaq istəyəndə başımı geri çəkdim, çənəmi cızdı, sonra sinəmə zərbə vurdu. Özümü müdafiə etmək üçün əlini burdum, tiyəsini İlahəyə tərəf istiqamətləndirdim, bıçaq sinəsinə batdı. Müvazinətimi itirib yerə yıxıldım. Səhər saatlarında yuxudan oyananda gördüm hələ də döşəmənin üstündəyəm. Köynəyim qan içindəydi. Paltarımı dəyişmək üçün yataq otağına keçəndə İlahənin huşsuz halda yerdə uzandığını gördüm”.
 
“Meyiti xalçaya büküb otaqda gizlətdim”

S.Vorobyovun ifadəsinə görə, İlahənin sinəsində xəsarət olduğunu, nəfəs almadığını görüncə öldüyünü başa düşüb. Tez-tələsik şkafdakı paltarları meyitin üstünə atıb, ətrafı səliqəyə salıb, bıçağı yuyub-təmizləyib. Meyiti xalçaya, köhnə adyallara büküb giriş qapısının yanındakı otaqda gizlədib:
“Əvvəl fikirləşdim ki, harasa aparıb ataram. Amma meyiti tək evdən çıxara bilməyəcəyimi başa düşdüm. Bu barədə tanışım Romana dedim. Meyiti evdən çıxarmaqda mənə köməklik etməsini istədim, razılaşmadı, etiraz etdi”.
 
“Onun nə işlə məşğul olduğunu bilmirdik”


Zərərçəkmiş şəxs qismində dindirilən Telman Bağırov ifadəsində İlahənin 17 yaşı olmamış qoşulub qaçdığını, sonradan ərindən ayrıldığını, bir övladı olduğunu bildirib:



“Əxlaqsız hərəkətlərlə məşğul olduğuna görə əri ondan ayrılmışdı. Qardaşları onu evə gəlməyə qoymurdu. Oğlu da əmisinin yanında yaşayır. Nə işə məşğul olduğunu, harada yaşadığnı bilmirdik, onunla heç kim maraqlanmırdı. Sergeyi tanımıram, ona qarşı mülki iddiam yoxdur”.
 
“Dedi ki, kömək elə aparaq ataq, meyit çürüyür, üstündə qurdlar gəzir”

Sergeylə eyni qəsəbədə yaşayan uşaqlıq dostu, səfil həyatı sürən, hərdənbir onun evində gecələyən Roman Lazarev ifadəsində İlahəni bir neçə dəfə Sergeygildə gördüyünü deyib:
“Sergey heç vaxt ailəli olmayıb. Əvvəllər Sabina adlı bir qadınla yaşayırdı. Sonradan həmin qadının çox içki içdiyinə görə öldüyünü eşitdim. Axır vaxtlar Sergey spirt alır, suya qatıb içirdi. Qəsəbədə santexnik işləyirəm. Qazandığım puldan Sergeyə də gündə 2-3 manat verirdim. Mayın əvvəlində Sergeygilə gələndə hər zaman səliqəsiz olan evi səliqəli vəziyyətdə gördüm. İlahə hər yeri səliqəyə salmışdı, yaxşı qız idi, ingilis və rus dillərini bilirdi”.

Gecələməyə yeri olmayan Roman qətl hadisəsindən bir neçə gün sonra yenə də uşaqlıq dostunun evinə üz tutub. Mənzilə daxil olarkən kəskin qoxu gəldiyini hiss edib:

“Sergey mənə evdə meyit olduğunu, beş-altı gün əvvəl İlahə ilə mübahisə etdiklərini, yerə yıxılıb boynunun sındığını dedi. Deyirdi ki, meyit çürüyürdü, üstündə qurdlar gördüm, iy gəlməyə başladı, aparıb qatar yolu keçən körpüdən atmaq istəyirdim. Məndən meyiti atmağa köməklik etməyimi istədi. Ona polisə təslim olmağı başa saldım. Belə bir niyyətinin olmadığını görüncə isə sahə müvəkkilinin yanına gedib məlumat verdim”.//virtualaz.org/

BAKU.WS

GÜNÜN XƏBƏRLƏRİ


22 Октября
21 Октября
20 Октября
Top XəbərlərЛучшее на сайте
Avtomobildə diqqəti yayındıracaq söhbətə görə 40 AZN cərimələnəcəksiniz (RƏSMİ) Avtomobildə diqqəti yayındıracaq söhbətə görə 40 AZN cərimələnəcəksiniz (RƏSMİ) Əsas Xəbər / Hadisə Mehriban Əliyeva Heydər üçün şam yeməyi hazırladı (FOTO) Mehriban Əliyeva Heydər üçün şam yeməyi hazırladı (FOTO) Həyat tərzi Azərbaycanlı qız efirdəki qaynar rəqsi ilə interneti Azərbaycanlı qız efirdəki qaynar rəqsi ilə interneti "partlatdı" (VİDEO) Həyat tərzi / Video Pərvin Abıyevanın dəbdəbəli ad günündə qaynar rəqs (VİDEO) Pərvin Abıyevanın dəbdəbəli ad günündə qaynar rəqs (VİDEO) Şou-biznes / Video Azərbaycanda ekstremal soyuq dövrlərin tarixləri açıqlandı Azərbaycanda ekstremal soyuq dövrlərin tarixləri açıqlandı Sosial "Qarabağ"ın matçında hakimin şübhəli qərarı zamanı stadionda MÜƏMMALI HADİSƏ (FOTO) İdman “Heç kimin sevmədiyi çirkin qadın vardı…” – Məşhur psixoloq özündən yazdı (FOTO) “Heç kimin sevmədiyi çirkin qadın vardı…” – Məşhur psixoloq özündən yazdı (FOTO) Həyat tərzi "Əjdaha" ilə döyüş bitdi – İnanılmaz nəticə ilə o maşını tərk etdi – VİDEO Əsas Xəbər / Maşın Şou / Video Maşında Maşında "Əjdəha"nın qisası alındı - Xanımlar üçün sürpriz QƏRAR - VİDEO Əsas Xəbər / Maşın Şou / Video Instagram-da 1 ayda 60 min izləyici yığan azərbaycanlı qız: Instagram-da 1 ayda 60 min izləyici yığan azərbaycanlı qız: "Mənim bacardığımı heç kişilər də bacarmaz" (VİDEO) Həyat tərzi / Video Oğlan sosial şəbəkədə tanış olduğu qızı görüşdə görəndə şoka düşür və qaçır (VİDEO) Oğlan sosial şəbəkədə tanış olduğu qızı görüşdə görəndə şoka düşür və qaçır (VİDEO) Həyat tərzi Talıb Tale və Vüsalə Kərimova döyüşü bitdi -  Maşın əldən getdi - VİDEO Talıb Tale və Vüsalə Kərimova döyüşü bitdi - Maşın əldən getdi - VİDEO Əsas Xəbər / Maşın Şou Bakıda Ermənistan bayrağı ilə avtomobil - FOTO Bakıda Ermənistan bayrağı ilə avtomobil - FOTO Əsas Xəbər / Həyat tərzi 60 manat və 4 bal ilə cərimə olunmaq istəməyən sürücülər bu xəbəri mütləq oxusun 60 manat və 4 bal ilə cərimə olunmaq istəməyən sürücülər bu xəbəri mütləq oxusun Əsas Xəbər / Avto / Sosial Maşın Şouda gözlənilməz NƏTİCƏ - Maşın əldən getdi (VİDEO/FOTO) Maşın Şouda gözlənilməz NƏTİCƏ - Maşın əldən getdi (VİDEO/FOTO) Əsas Xəbər / Maşın Şou Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçdı - Polis onları axtarır (VIDEO) Bakıda restoranda yeyib-içən müştərilər hesabı ödəmədən qaçdı - Polis onları axtarır (VIDEO) Hadisə / Video Hər iki iştirakçı sözündən dönmədi - Maşın əldən getdi – VİDEO/FOTO (YENİLƏNİB) Hər iki iştirakçı sözündən dönmədi - Maşın əldən getdi – VİDEO/FOTO (YENİLƏNİB) Əsas Xəbər / Maşın Şou Zaur canlı yayımda Sevdaya Zaur canlı yayımda Sevdaya "Biraz da rəqs elə" dedi, müğənni ərinə boylandı (VİDEO) Şou-biznes / Video Maşında ŞOK NƏTİCƏ: Rauf Mehribana qarşı çıxdı və... (VİDEO) Maşında ŞOK NƏTİCƏ: Rauf Mehribana qarşı çıxdı və... (VİDEO) Əsas Xəbər / Maşın Şou / Video Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana... - VİDEO - FOTO Bakıda dəhşətli qəza: övladını qarşılamağa gedən ana... - VİDEO - FOTO Hadisə / Video
Son əlavəПоследние публикации
Maşında xanımların qələbəsi: Yarımfinalda iki cənab üz-üzə
22 октябрь 2017

Maşında xanımların qələbəsi: Yarımfinalda iki cənab üz-üzə

1 466 Əsas Xəbər / Maşın Şou
Bakıda həbsxanada nikah mərasimi baş tutdu
22 октябрь 2017

Bakıda həbsxanada nikah mərasimi baş tutdu

3 984 Sosial
Seks kuklalarından ibarət ilk bordel açıldı
22 октябрь 2017

Seks kuklalarından ibarət ilk bordel açıldı

6 310 Həyat tərzi
Azərbaycanda ev tikmək istəyənlər üçün — YENİ QƏRAR
22 октябрь 2017

Azərbaycanda ev tikmək istəyənlər üçün — YENİ QƏRAR

5 389 Əsas Xəbər / Sosial
Sabaha olan hava proqnozu açıqlandı
22 октябрь 2017

Sabaha olan hava proqnozu açıqlandı

839 Həyat tərzi
22 октябрь 2017

"Bozbash pictures"i sevənlərə xoş xəbər

5 479 Şou-biznes
Cəbhədə son vəziyyət
22 октябрь 2017

Cəbhədə son vəziyyət

215 Qarabağ
13 yaşlı Sevda rəqsi ilə Rusiyanı özünə heyran qoydu (VİDEO)
22 октябрь 2017

13 yaşlı Sevda rəqsi ilə Rusiyanı özünə heyran qoydu (VİDEO)

5 054 Şou-biznes / Video