VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Sinqapurda baş tutan bir toyda qəribə hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, mərasim zamanı bəy bir video yayımlayıb. Videoda gəlin başqa bir insanla çox səmimi şəkildə görünür. Gəlinin otel nömrəsində başqa bir adam ilə münasibətdə olduğunun əks edildiyi video toya gələn qonaqları çaş-baş salıb.

Videonu izləyən gəlin dərhal salonu tərk edib. Sevgilisinin onu aldatmasından qorxduğu üçün zəngin bəy nikahdan bir neçə həftə əvvəl xüsusi dedektif tutaraq gələcək həyat yoldaşını təqib etdirib.

Dedektif Zhuo müştərisinin toyu keçirmək istədiyini eşidəndə çox təəccübləndiyini bildirib. Ancaq o, toyda bəyin niyyətini başa düşdüyünü söyləyib.

Nazim
BAKU.WS