VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 43 yaşlı Sergey Vorobyovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Fikrət Qəribov sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası oktyabrın 10-na təyin edilib.

Qeyd edək ki, qətl hadisəsi bu ilin iyun ayında Xətai rayonu NZS qəsəbəsi, Y.Səfərov küçəsi, ev 2, mənzil 4-də baş verib.

S.Vorobyovun məxsus mənzildən 30-35 yaşlı qadın meyiti tapılıb. Məlum olub ki, S.Vorobyov həmin qadınla bir ay əvvəl şəhərin mərkəzindəki barlardan birində tanış olub və birlikdə yaşamağa başlayıblar. Sergeylə bir aya yaxın eyni evdə yaşayan qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq zəminində dava-dalaş yaranıb. Mayın 31-də arasında dava-dalaş olub və həmin qadın Sergeyə bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı Sergey bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb.

S.Vorabyov ilkin ifadəsində qadının yıxılaraq xəsarət alması və boynunun sınması nəticəsində öldüyünü desə də, sonradan onu öldürdüyü üzə çıxıb. Qətlə yetirilən qadının kimliyi uzun müddət müəyyən edilməyib. İlkin məlumatda onun adının Arzu olduğu bildirilib.

BAKU.WS