VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İnterpol Rusiyada qətl törətməkdə günahlandırılan azərbaycanlını beynəlxalq axtarışa verib.

BAKU.WS-in Trend-ə istinadən məlumatına görə, Gürcüstanda doğulan Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü Teymur Qəribov Rusiyada adam öldürməkdə ittiham olunur.

T.Qəribov istintaqdan yayındığı üçün məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçərək axtarış qərarı çıxarıb.

Rusiya tərəfi həmin qərarı İnterpola təqdim edib və qurum bu qərar əsasında T.Qəribov barəsində beynəlxalq axtarış elan edib.

BAKU.WS